AZERFAX TV
Azərbaycanda 4 sığorta vasitəçisinin lisenziyası ləğv edildi

Azərbaycan Mərkəzi Bankı (AMB) 4 sığorta vasitəçisinin lisenziyasını ləğv edib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, “Sığorta fəaliyyəti haqqında” qanunun 107.1.2-ci maddəsinə müvafiq olaraq lisenziya sahiblərinin lisenziyalarının qüvvəsinin dayandırılmasına əsas vermiş halları müəyyən edilmiş müddətdə aradan qaldırmadığı nəzərə alınaraq 1 hüquqi şəxs olan sığorta brokerinə (“Sizin Sığorta Brokeri” MMC), 1 fiziki şəxs olan sığorta brokerinə və 2 fiziki şəxs olan sığorta agentinə sığorta vasitəçiliyi fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib.



