AZERFAX TV
Bakının Xətai rayonunda yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Orxan İsmayılov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən AZERFAX.AZ-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.



