Benzin satıcıları qiymətləri dərhal aşağı salmasalar…

ABŞ Prezidenti Donald Tramp ölkədə benzin satan şirkətlərdən qiymətləri təcili şəkildə aşağı salmağı tələb edib. Bu addımı atmayanları isə hədələyib.
AZERFAX.AZ xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə “Truth Social”da paylaşım edib.
O bildirib ki, neftin bir barelinin qiyməti hazırda 68 dollar təşkil edir və bu şəraitdə benzinin mövcud qiymətləri həddindən artıq yüksəkdir. Trampın fikrincə, ABŞ-da benzinin qiyməti bir qallon (3,785 litr) üçün təxminən 2,50 dollar olmalıdır.
“Benzin satıcıları qiymətləri dərhal aşağı salmalıdırlar. Qiymətlər çox yüksəkdir. Bu bəyanata operativ reaksiya verilməlidir. Bunu etməsələr, böyük problemlərlə üzləşəcəklər”, – Tramp qeyd edib.
ABŞ lideri daha öncə ölkədə benzin qiymətlərinin nəzərəçarpacaq dərəcədə ucuzlaşmaması ilə bağlı araşdırma aparılacağını bəyan etmişdi.



