AZERFAX TV

“Beşiktaş”ın nə qədər borcu var?

“Beşiktaş”ın 2026-cı il üzrə növbəti inzibati və maliyyə ümumi yığıncağında İstanbul təmsilçisinin borcu açıqlanıb.

AZERFAX.AZ xəbər verir ki, “Beşiktaş” klubunun Audit Şurasının açıqladığı hesabatlara görə, komandanın 31 may 2026-cı il tarixinə ümumi borcu 27 milyard 521 milyon 43 min 773 lirə təşkil edib.

“Beşiktaş” klubunun 01.06.2025–31.05.2026-cı il dövrü üzrə növbəti inzibati və maliyyə ümumi yığıncağında əvvəlcə baş katib Uğur Fora klubun inzibati fəaliyyəti barədə çıxış edib.

Prezident Serdal Adalının çıxışından sonra Audit Şurasının adından tribunaya çıxan Özgür Şentürk “Beşiktaş”ın maliyyə göstəricilərini əks etdirən təqdimatla çıxış edib və klubun borcunu açıqlayıb.

Audit Şurasının hesabatına əsasən, 31 may 2026-cı il tarixinə “Beşiktaş”ın borcu 27 milyard 521 milyon 43 min 773 lirə olub.

Related Articles

Bir cavab yazın

Back to top button