AZERFAX TV

Birlikdə fantastik gələcəyimiz olacaq – Tramp

ABŞ-ınn və Çinin birlikdə fantastik gələcəyi olacaq.

AZERFAX.AZ xəbər verir ki, bunu BŞ Prezidenti Donald Tramp Pekində Çin lideri Si Cinpinlə geniş tərkibdə görüş zamanı deyib.

Tramp amerikalı iş adamlarının Çinlə ticarət etməyini və biznes qurmağı səbirsizliklə gözlədiklərini bildirib.

Ağ Ev rəhbəri Cinpini əla lider adlandırıb.

“Bunun bəlkə də indiyə qədər ən böyük zirvə görüşü olduğunu deyənlər var. Sizin dostunuz olmaq şərəfdir. Çin və ABŞ arasında münasibətlər hər zamankından daha yaxşı olacaq”, – Tramp söyləyib.

Öz növbəsində Çin Xalq Respublikasının Sədri Si Cinpin 2026-cı ilin Çin-ABŞ münasibətləri üçün tarixi və əlamətdar il olacağına ümid etdiyini bildirib.

“Çinin və ABŞ-nin ortaq maraqları fikir ayrılıqlarından daha çoxdur”, – deyən Çin lideri əlavə edib

Related Articles

Bir cavab yazın

Back to top button