AZERFAX TV

Britaniyada 140 qanunsuz miqrantı daşıyan qayıq saxlanıldı

Britaniya 140 qanunsuz miqrantın olduğu qayığı saxlayıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.

Məlumata görə, qayıq Fransanın Normandiya regionunda yerləşən Joburq ərazisindən yola düşüb. Qayığın aşkarlanmasından sonra xilasetmə gəmiləri, helikopter və Britaniya Sahil Mühafizəsinin təyyarəsi əməliyyata cəlb olunub.

Kral Milli Xilasedicilər İnstitutunun iki xilasetmə gəmisi qayığı kanalda qarşılayaraq miqrantları Portsmuta aparıb. Onların daha sonra Böyük Britaniyaya gələn miqrantların qəbul və qeydiyyatı üçün istifadə olunan Manston mərkəzinə göndərilməsi gözlənilir.

Qeyd edək ki, Böyük Britaniyaya qanunsuz miqrasiya son illərdə ölkənin əsas problemlərindən birinə çevrilib.

Related Articles

Bir cavab yazın

Back to top button