İdman
Bu hakimlərin Argentinanın oyunlarına təyinatı qadağan edilib

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) ingilis hakimlər Maykl Oliver və Entoni Teylora 2026-cı il Dünya Kubokunda Argentinanın oyunlarına təyinatı qadağan edib.
AZERFAX.AZ İngiltərə mətbuatına istinadla xəbər verir ki, buna səbəb 44 il əvvəl başa çatan Folklend müharibəsidir. Mübahisəli ərazilər səbəbindən iki ölkə arasında münasibətlər soyuq olaraq qalır. FİFA qaydalarına görə, matçlara hakim təyin edilərkən geosiyasi vəziyyət nəzərə alınmalıdır.
Məhz Argentina finala çıxdığı üçün Oliver 2022-ci il Dünya Kubokunun finalına təyinat almayıb.
2026-cı il Dünya Kubokunun 1/4 finalında İngiltərə Norveçlə, Argentina isə İsveçrə ilə qarşılaşacaq.



