Bu məktəbdə 27 cüt əkiz təhsil alır

Türkiyənin İzmir şəhərindəki Makbule Süleyman Alkan orta məktəbində eyni vaxtda 27 cüt əkiz oxuyur,
AZERFAX.AZ xəbər verir ki, məktəb 2003-cü ildən Buca rayonunda fəaliyyət göstərir və təxminən 1600 şagirdi var. Bu il burada hazırlıq qrupunda bir cüt əkiz, altıncı və yeddinci siniflərdə dörd cüt, beşinci və səkkizinci siniflərdə isə hər birində doqquz cüt əkiz təhsil alır.
Məktəbin direktoru Həsən Basri Qaraoğlu bildirib ki, təhsil müəssisəsi artıq qeyri-rəsmi olaraq “Əkizlər məktəbi” ləqəbini alıb. Onun sözlərinə görə, bir çox valideyn məhz buranı seçir. Müəllimlər etiraf edirlər ki, ilk vaxtlar bir-birinə bənzər uşaqları bəzən səhv salırlar, lakin sonradan onları saç düzümlərinə, geyimlərinə, xarakterlərinə və qabiliyyətlərinə görə ayırmağı öyrənirlər.
Şagirdlərin özləri qeyri-adi vəziyyətə müxtəlif cür yanaşırlar. Bəzi əkizlər daimi olaraq yanında dəstəyin olmasının xoşuna gəldiyini deyirlər, digərləri isə ətrafdakıların onları səhv salmasını sevmədiklərini etiraf edirlər.



