AZERFAX TV

Bu ölkədə siqaretlə bağlı sərt qanun qəbul olundu

Böyük Britaniya 1 yanvar 2009-cu il və ya daha sonra doğulan hər kəsə tütün məhsullarının satışını ömürlük qadağan edən qanun layihəsini təsdiqləyib.

AZERFAX.AZ xəbər verir ki, qanuna əsasən bu şəxslər siqaret, elektron siqaret (veyp) və qızdırılan tütün məhsulları ala bilməyəcəklər.

Tütün məmulatlarının satışına icazə verilən minimum yaş hər il 1 yaş artırılacaq. Beləliklə, gənc nəsillər üçün siqaret əlçatmaz olacaq.

Sənəddə uşaqlar olan avtomobillərdə, uşaq meydançalarında və məktəblərin yaxınlığında veyp istifadəsinin qadağan edilməsi də nəzərdə tutulub.

Qeyd edək ki, siqaret çəkmə dünyada ölüm və əlilliyin əsas səbəblərindən biri hesab edilir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, siqaret səbəbilə hər il 7 milyondan çox insan ölür.

Related Articles

Bir cavab yazın

Back to top button