AZERFAX TV
Bu şirkət ABŞ-da nəhəng zavod tikir

“Mesabi Metallics” şirkəti Ayova ştatında böyük bir polad zavodu tikəcək.
AZERFAX.AZ xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.
Tramp Ağ Evdə jurnalistlərə bildirib:
“Bu gün “Mesabi Metallics” şirkətinin Amerika tarixində ən böyük polad zavodunu Ayova ştatında inşa edəcəyini elan etməkdən məmnunam”.
Onun sözlərinə görə, zavod üçün dəmir filizi ABŞ-da çıxarılacaq və emal olunacaq.
Amerika prezidenti əlavə edib: “İndi hamı ölkəmizdə fabriklər, zavodlar tikir, çünki əks halda tarif ödəməli olacaqdılar”.
Müəllif: Tural



