AZERFAX TV

Bu vəziyyətdə bir ay qalmaq insanı depressiyaya sala bilər

Tam qaranlıqda bir ay qalmaq insanın həm psixi, həm də fiziki sağlamlığına ciddi təsir göstərə bilər.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Perm Milli Tədqiqat Politexnik Universitetinin alimi Valeri Litvinov “TASS”-a açıqlamasında bildirib.

Ekspertin sözlərinə görə, təbii işığın olmaması orqanizmin bioloji ritmlərini pozur, melatonin və kortizol hormonlarının balansını dəyişir. Nəticədə yuxusuzluq, gündüz yorğunluğu və immunitetin zəifləməsi yaranır.

Mütəxəssis qeyd edib ki, uzun müddət qaranlıqda qalmaq narahatlıq, depressiya, yaddaş zəifləməsi və diqqət pozğunluğuna səbəb ola bilər. Günəş işığının çatışmazlığı isə D vitamini defisiti yaradaraq sümük və immun sistemini zəiflədir.

Alimlər gündə ən azı 30-60 dəqiqə gün işığında olmağı tövsiyə edirlər.

Müəllif: Roza

Related Articles

Bir cavab yazın

Back to top button