Çin bu vətəndaşlarına ölkədən çıxışı qadağan etdi

Çin hakimiyyəti ölkədən çıxış və ölkəyə giriş qaydalarını sərtləşdirib.
AZERFAX.AZ xəbər verir ki, yeni qaydalara əsasən, texnoloji və ya milli təhlükəsizlik üçün potensial təhlükə yarada biləcəyi hesab edilən Çin vətəndaşlarının xaricə səfərinə müvəqqəti qadağa qoyula bilər.
Məhdudiyyətin müddəti 6 aydan 3 ilədək ola bilər. Buna əsas kimi ixraca nəzarət və ya texnologiyaların ötürülməsi ilə bağlı qanunvericiliyin pozulması göstərilir.
Yeni qaydalar əcnəbilərə də şamil edilir. Viza rəsmiləşdirilməsi zamanı bilərəkdən yanlış məlumat təqdim edən şəxslərin Çinə girişinə 1 ildən 5 ilədək qadağa qoyula bilər.
Qaydaların beynəlxalq səfərlərə nəzarət imkanlarını əhəmiyyətli dərəcədə genişləndirdiyi bildirilir. Xüsusilə Çinin texnologiya sektorunda çalışan çoxsaylı mütəxəssislərin olması səbəbindən dəyişikliklər Tayvanda narahatlıq doğurub.
Pekin isə yeni tədbirlərin milli təhlükəsizliyin qorunması üçün zəruri olduğunu bildirir.
Müəllif: Adəm



