AZERFAX TV

Coninin daha bir konserti təxirə salındı

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coninin (Cahid Hüseynli) sentyabrın 27-də İrlandiyanın Drogeda şəhərində keçirilməsi planlaşdırılan konserti təxirə salınıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə müğənni sosial media hesabında yazıb. O, sıx tur qrafikinə görə komandanın bütün üzvləri İrlandiyaya giriş üçün vaxtında viza ala bilməyib. İfaçı bildirib ki, alınan biletlər konsertin yeni tarixi üçün də keçərli olacaq. Yeni tarixlə bağlı məlumat komandaya vizalar verildikdən və bütün məsələlər həll olunduqdan sonra açıqlanacaq.

Həmçinin, yeni tarix uyğun olmayan şəxslər isə biletlərini geri qaytara biləcəklər.

Qeyd edək ki, bundan əvvəl Coninin Vyanadakı konserti də texniki səbəblərdən təxirə salınmışdı. (Axşam.az)

Related Articles

Bir cavab yazın

Back to top button