Dəhşətli qəza – 4 nəfər yanaraq öldü (VİDEO)

Rusiyada dəhşətli yol qəzası baş verib.
AZERFAX.AZ xəbər verir ki, sosial şəbəkələrin Rusiya seqmentində geniş müzakirələrə səbəb olan qəzada 4 nəfər yanaraq ölüb. “112” Telegram kanalının yaydığı məlumata görə faciə Sverdlovsk vilayətində, Beloyarski yaxınlığındakı yolda baş verib.
“Xarici istehsal olan iki avtomobil toqquşub. Nəticədə əzilmiş vəziyyətdə olan “Chevrolet Lanos”dakı dörd nəfər salonda sıxılmış halda qalıblar. Onlar yanaraq ölüblər”, – məlumatda qeyd edilib.
Qəza anı yoldan keçən avtomobillərdən birinin videoqeydiyyat cihazının kamerasına düşüb. Görüntülərdə “Renault Duster”in kəskin şəkildə sola dönməsi və yüksək sürətlə “Chevrolet Lanos”a çırpılması aşkar görünür. Zərbənin təsirindən “Renault” parça-parça olub.
Müəllif: Tural



