Dərhal yuxuya gedən insanlar sirləri açıdılar

Tez yuxuya getməyi bacaran şəxslər bunun öhdəsindən necə gəldiklərini “Reddit” şəbəkəsində danışıblar.
AZERFAX.AZ xəbər verir ki, onlar öz sirrlərini “AskReddit” bölməsində bölüşüblər.
Anında yuxuya getməyi bacaran bəzi şəxslər etiraf ediblər ki, yatağa uzandıqda beynində özlərinə tanış olan ssenariləri – məsələn, məşhur filmlərin süjetlərini və ya kimsəsiz adada həyat barədə xəyalları canlandırırlar.
“Mən xəyalən “Gözəl və bədheybət” filmini izləyirəm. Uşaqlıqda onu sayısız-hesabsız dəfələrlə izləmişəm, buna görə də sadəcə səhnələri beynimdə ardıcıllıqla fırladıram. İndi vitrajlı ilkin tarixçədən o tərəfə nadir hallarda keçə bilirəm”, – deyə “groundhogthyme” təxəllüslü “Reddit” istifadəçisi qeyd edib.
Digərləri isə şiddətli yorğunluq səbəbindən çox tez yuxuya getdiklərini etiraf ediblər.
“Artıq 19 ildir ki, həftənin 7 günü, günün 24 saatı baxıcı işləyirəm. Sevimli həyat yoldaşıma qulluq edirəm. 77 yaşım var, ona görə də nəhayət yuxu vaxtı çatanda çox yorğun oluram”, – deyə “BlueWidgeon1024” təxəllüslü istifadəçi yazıb.
Başqa bir istifadəçi isə çarpayıda smartfondan istifadə etməkdən imtina etməyin ona daha tez yuxuya getməyə kömək etdiyini vurğulayıb.
“Əgər çarpayıda uzanıb bir saat sosial şəbəkələri vərəqləyirsinizsə, deməli, sizdə yatağa uzanmaq istəyi məhz bir saat sosial şəbəkələri vərəqləməklə assosiasiya olunacaq. Çarpayı ilə yuxuya getməyi assosiasiya etmək lazımdır. Yatmazdan əvvəl telefonda vaxt keçirmək istəyirsinizsə, bunu divanda edin, yuxuya getmək istədikdə isə yatağa uzanın”, – deyə “Cerberus_Aus” təxəllüslü istifadəçi bildirib.
Hüseyn İbadlı



