AZERFAX TV

Danimarka səfiri Rusiya XİN-ə çağırıldı

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Danimarkanın “Fennec” tipli hərbi helikopterinin Baltik dənizində Rusiya hərbi gəmisinə yaxınlaşması ilə bağlı bu ölkənin səfiri Rolf Holmbounu çağırıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, sentyabrın 14-də Baltik dənizinin cənub-qərbində, neytral sularda Danimarka helikopteri Rusiyanın “Soobrazitelni” korvetinə yaxınlaşıb və ekipajın dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, gəmidən təxminən 50 metr yüksəklikdə havada asılı vəziyyətdə qalıb.

Rusiya tərəfi helikopterin bu hərəkətlərinin gəmiçilik üçün təhlükə yaratdığını və qəza riski doğurduğunu bildirib. Korvetdən iki siqnal raketi atıldıqdan sonra helikopter manevrləri dayandıraraq ərazini tərk edib.

Rusiya XİN hadisəni BMT-nin Dəniz Hüququ Konvensiyasının pozulması kimi qiymətləndirib və Baltik regionunda gərginlik fonunda belə halların təkrarlanmasının eskalasiyaya və ciddi insidentə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Related Articles

Bir cavab yazın

Back to top button