AZERFAX TV

DÇ-2026-nın iştirakçısının düşərgəsində nə baş verir?

Seneqal Futbol Federasiyası (FSF) milli komandanın baş məşqçisi Pape Tiau ilə bağlı yayılan xəbərlər fonunda açıqlama yayıb.

AZERFAX.AZ xəbər verir ki, mediada 45 yaşlı mütəxəssisin fevral ayından rəsmi müqavilə olmadan çalışdığı üçün qarşıdakı dünya çempionatına yollanmaqdan imtina etməklə hədələdiyi barədə məlumatlar yayılıb.

Federasiyanın bəyanatında bu iddialar təkzib olunub.

“Seneqal Futbol Federasiyası baş məşqçinin müqaviləsinin yenilənməsi ilə bağlı problemlərə görə dünya çempionatına getməkdən imtina etməsi barədə əsassız şayiələri qəti şəkildə rədd edir.

Milli komandanın ABŞ-a uçuşu yalnız inzibati və logistik səbəblərə görə təxirə salınıb. Söhbət xüsusi reys üçün lisenziyanın gecikməsi və qərargahın bəzi üzvlərinin vizalarının rəsmiləşdirilməsinin tamamlanmamasından gedir.

Kiçik logistik problemlər futbolçuların, məşqçilər korpusunun və federasiyanın birliyinə və motivasiyasına təsir göstərməyib”, — deyə açıqlamada bildirilir.

ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il dünya çempionatının qrup mərhələsində Seneqal millisi Fransa, Norveç və İraqla qarşılaşacaq.

Related Articles

Bir cavab yazın

Back to top button