DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın etdi

Futbol üzrə dünya çempionatında Portuqaliya Özbəkistana qalib gəlib.
AZERFAX.AZ xəbər verir ki, Hyuston stadionunda keçirilən K qrupunun II turunun matçında avropalılar 5:0 hesabı ilə qələbə qazanıblar.
Portuqaliyalıların lideri və kapitanı Kriştianu Ronaldu bu görüşdə dublla yadda qalıb – 6, 39. Digər qollar isə Nunu Mendeş (17), Abdukodir Xusanov (60-avtoqol) və Rafael Leaodan (87) gəlib.
Qeyd edək ki, qrupun digər oyununda, saat 06:00-da Kolumbiya – Konqo Demokratik Respublikası ilə qarşılaşacaq.
22:53
Futbol üzrə dünya çempionatının Portuqaliya – Özbəkistan oyununda beşinci qol vurulub.
AZERFAX.AZ xəbər verir ki, Hyuston stadionunda keçirilən K qrupunun II turunun matçında avropalılar üstünlüklərini artırıblar – 5:0.
87-ci dəqiqədə Rafael Leao fərqlənib.
xxx
22:36
Futbol üzrə dünya çempionatının Portuqaliya – Özbəkistan oyununda dördüncü qol vurulub.
AZERFAX.AZ xəbər verir ki, Hyuston stadionunda keçirilən K qrupunun II turunun matçında avropalılar üstünlüklərini artırıblar – 4:0.
60-cı dəqiqədə Özbəkistanın heyətində Abdukodir Xusanov avtoqol vurub.
xxx
21:41
Futbol üzrə dünya çempionatının Portuqaliya – Özbəkistan oyununda üçüncü qol vurulub.
AZERFAX.AZ xəbər verir ki, Hyuston stadionunda keçirilən K qrupunun II turunun matçında avropalılar üstünlüklərini artırıblar – 3:0.
39-cu dəqiqədə Kriştianu Ronaldo dubl edib.
xxx
21:24
Futbol üzrə dünya çempionatının Portuqaliya – Özbəkistan oyununda ikinci qol vurulub.
AZERFAX.AZ xəbər verir ki, Hyuston stadionunda keçirilən K qrupunun II turunun matçında avropalılar hesabdakı üstünlüklərini möhkəmləndiriblər – 2:0.
17-ci dəqiqədə Nunu Mendeş cərimə zərbəsini dəqiq yerinə yetirib.
xxx
21:08
Futbol üzrə dünya çempionatının Portuqaliya – Özbəkistan oyununda ilk qol vurulub.
AZERFAX.AZ xəbər verir ki, Hyuston stadionunda keçirilən K qrupunun II turunun matçında avropalılar hesabı açıblar – 1:0.
6-cı dəqiqədə Kriştianu Ronaldo fərqlənib.
xxx
21:00
Futbol üzrə dünya çempionatının Portuqaliya – Özbəkistan oyunu başlayıb.
AZERFAX.AZ xəbər verir ki, K qrupunun II turunun matçı Hyuston stadionunda keçirilir.
Qarşılaşmanı mərakeşli FIFA referisi Calal Cayed idarə edir.



