Dünya

ABŞ nüvə enerjisinə 17,5 milyard dollar ayırır

ABŞ Energetika Nazirliyi (DOE) ölkənin kommersiya nüvə enerjisi təchizat zəncirini gücləndirmək məqsədilə kommunal xidmət və enerji şirkətləri üçün 17,5 milyard dollar həcmində şərti kredit proqramı elan edib.

AZERFAX.AZ xəbər verir ki, ABŞ-nin energetika naziri Kris Vrayt bildirib ki, proqram 2030-cu ilə qədər ölkədə 10 yeni iri həcmli nüvə reaktorunun tikintisinə başlanılması hədəfinə nail olunmasına kömək edəcək və bu prosesi təxminən üç il sürətləndirə bilər.

Nazirin sözlərinə görə, ayrılan vəsait reaktor korpusları, buxar generatorları və digər vacib avadanlıqların alınmasına yönəldiləcək. Həmin avadanlıqların istehsalı və tədarükü uzun müddət tələb etdiyindən, maliyyələşmə AP1000 tipli nüvə elektrik stansiyalarının tikinti müddətinin qısalmasına imkan verə bilər.

Kris Vrayt qeyd edib ki, proqrama süni intellekt texnologiyalarının inkişafı fonunda sürətlə böyüyən məlumat emalı mərkəzlərinin operatorları və enerji şirkətləri tərəfindən böyük maraq göstərilir. ABŞ-da məlumat mərkəzlərinin sayının artması elektrik enerjisinə tələbatı da yüksəldir.

Energetika Nazirliyinin Enerji Dominantlığının Maliyyələşdirilməsi Ofisi tərəfindən təqdim ediləcək kreditlərdən beşədək layihənin yararlanacağı gözlənilir. Hər bir layihə çərçivəsində bir ərazidə iki 1,1 giqavat gücündə Westinghouse reaktorunun tikintisi nəzərdə tutulur.

Westinghouse şirkəti ölkə üzrə bir neçə kommunal və enerji şirkəti ilə əməkdaşlıq edərək reaktorların və digər strateji avadanlıqların sabit qiymətlə alınmasını təmin edəcək. ABŞ rəsmilərinin məlumatına görə, artıq yeddi kommunal şirkət proqramda iştirak etmək marağını ifadə edib.

Şərtlərə əsasən, hər bir layihədə Westinghouse və tərəfdaş enerji şirkəti birgə iştirak edəcək. Tərəflər dövlət maliyyəsinə çıxış əldə etməzdən əvvəl layihəyə minimum 500 milyon dollar sərmayə yatırmalıdır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button