AZERFAX TV

Demədiyi sözə görə ittiham etdi

ABŞ prezidenti Donald Tramp Papa XIV Leoya qarşı yeni hücuma keçərək, pontifiqi “bir çox katolikləri təhlükəyə atmaqda” günahlandırıb.

AZERFAX.AZ xəbər verir ki, “The Guardian” qəzetinin məlumatına görə, bu açıqlama ABŞ dövlət katibi Marko Rubionun Vatikanda Papa Leo ilə görüşməsindən iki gün əvvəl verilib.

Görüşdə Trampın ABŞ-İsrail müharibəsini pisləmiş Papaya qarşı əvvəlki çıxışından qaynaqlanan gərginliyi azaltmaq cəhdi olub.

Amerika televiziya kanalı “Salem News”da tanınmış mühafizəkar tok-şou aparıcısı Hyu Hevittə danışan Tramp bildirib ki, Papa “İranın nüvə silahına sahib olmasının normal olduğu barədə danışmağa üstünlük verir və mən bunun çox yaxşı bir şey olduğunu düşünmürəm”.

ABŞ prezidenti əlavə edib ki, “Düşünürəm ki, o, bir çox katolikləri və bir çox başqa insanları təhlükəyə atır”.

“The Guardian” qəzeti yazır ki, XIV Leo heç vaxt İranın nüvə silahına sahib olmalı olduğunu deməyib, lakin o, dəfələrlə bu ölkədəki müharibəyə və sonradan Livanda və bütövlükdə Yaxın Şərqdə münaqişənin kəskinləşməsinə qarşı çıxıb, atəşkəs və dialoq çağırışları edib.

Müəllif: Tural

Related Articles

Bir cavab yazın

Back to top button