AZERFAX TV
DSMF auditor seçir

Dövlət Sosial Müdafiə Fondu (DSMF) ISO 9001:2015 standartı üzrə təlim, sertifikasiya və inspeksiya nəzarəti, ISO 37001:2016 standartı üzrə audit və sertifikatlaşdırmanın keçirilməsi xidmətinin satın alınması ilə bağlı tender elan edilib.
AZERFAX.AZ xəbər verir ki, prosedurda iştirak haqqı 140 manatdır.
Tenderdə iştirak etmək istəyənlər öz təkliflərini 10 avqust 2026-cı il saat 17:00-dan gec olmayaraq (GMT+4) təqdim etməlidirlər. Tender paketlərinin açılışı 10 avqust 2026-cı il saat 17:00-da (GMT+4) baş tutacaq.
Əlavə məlumat üçün telefon: (+994) 50 688 00 84
Əlaqədar şəxs: Zahir Əliyev
Email: [email protected]
Ünvan: Həsən bəy Zərdabi 80



