AZERFAX TV

DSMF-nin gəlirləri 5 milyard manatı, xərcləri isə 4.8 milyard manatı keçdi

Yanvar-iyul aylarında DSMF-nin xərcləri 431 milyon manat artaraq 4 milyard 811 milyon manat olub.

Bu barədə AZERFAX.AZ-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, fondun gəlirləri bu ilin yanvar-iyul aylarında proqnozla müqayisədə 5 faiz və ya 239 milyon manat çox olmaqla 5 milyard 56 milyon manat təşkil edib.

Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları proqnoza nisbətən 6 faiz və ya 240 milyon manat artaraq 4 milyard 48 milyon manat olub.

Bu ilin 7 ayında DSMF-nin xərcləri isə 4 milyard 811 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz və ya 431 milyon manat çoxdur.

Related Articles

Bir cavab yazın

Back to top button