Əlcəzair parlamentinə qadın rəhbər seçildi

Əlcəzair parlamentinin aşağı palatası olan Milli Xalq Assambleyasına tarixdə ilk dəfə qadın spiker seçilib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.
Bildirilib ki, parlamentin yeni rəhbəri Xalidə Bufedeşdir. O, ölkənin müstəqilliyinin ilk illərindən siyasi səhnədə aparıcı rol oynayan hakimiyyətə yaxın Milli Azadlıq Cəbhəsinin üzvüdür.
Qeyd olunur ki, Milli Azadlıq Cəbhəsi son parlament seçkilərində 407 deputat yerindən 91-ni qazanaraq ən çox mandat əldə edən siyasi qüvvə olub. Seçkilərdə iştirak səviyyəsi isə 21,24 faiz təşkil edib ki, bu da ölkə tarixində ən aşağı göstəricilərdən biri sayılır.
Xalidə Bufedeş parlamentin rəhbəri vəzifəsinə seçilsə də, ümumilikdə son seçkilərdə qadınların təmsilçiliyi aşağı olub. Belə ki, yeni parlamentdə cəmi 25 qadın deputat yer alıb ki, bu da ümumi deputat sayının 6,14 faizini təşkil edir.



