Elza tanınmış bloeri də məhkəməyə verdi

Əməkdar artist Elza Seyidcahan müğənni Roza Zərgərli ilə aralarında davam edən məhkəmə prosesindən danışıb.
AZERFAX.AZ xəbər verir ki, müğənni “Öz aramızda” verilişində ad çəkmədən Zərgərlinin onunla barışmaq istədiyini deyib:
“Qarşı tərəf məhkəmədə dedi ki, Allah üzümə gülüb, qapılar üzümə açılıb gəl barışaq və layihələr edək. Burada özümü yox, şərəf və ləyaqətimi, daşıdığım fəxri adları, mənə tərbiyə verən müəllimlərin hüquqlarını qoruyuram. Açıq-aşkar təhqir olunmuşam. Məhkəmədən sonra mahnı da oxuyarıq, layihə də edərik. Kinli insan deyiləm. Amma qanunla bu iş yoluna düşməlidir, haqq öz yolunu tapdı və tapacaq da. Məhkəməyə bitmək demək olmaz, narazıçılıq var. Qarşı tərəfin fikrini bilmirəm. Mən haqsızlıq etsəm, yaşda böyük olsam da üzr istəyərəm.
Hələ onun danışmağına imkan verən blogerdən də (“Baylarsoylar” ləqəbi ilə tanınan bloger Arifə Məmmədova – red.) şikayət etmişik. Əl-ələ verib məni təhqir ediblər. Qanun nəyi tələb edirsə, o da olacaq. Səhv edən səhvini bilməli, gəlib üzr istəməlidir”.
Qeyd edək ki, Roza Zərgərli yutubda yayımlanan “Baylarsoylar” layihəsində Seyidcahanın ünvanına təhqiramiz fikirlər səsləndirərək, onu “meymun”, “təlxək”, “dəli” adlandırıb. Şərəf, ləyaqət və işgüzar nüfuzunun təhqir edildiyini bildirən E.Seyidcahan qarşı tərəfi məhkəməyə verib. /Axşam.az



