AZERFAX TV
Ərdoğan və Tramp telefonla danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Məlumata görə, Ərdoğan amerikalı həmkarına Ağ Ev Müxbirləri Assosiasiyasının Vaşinqtonda keçirilən şam yeməyində baş verən silahlı hücum cəhdi ilə bağlı həmrəyliyini çatdırıb.
“Prezident Ərdoğan hadisələri demokratiya və mətbuat azadlığına qarşı törədilən mənfur hərəkət kimi qiymətləndirdiyini bildirib və yaralı təhlükəsizlik işçisinin tezliklə sağalmasını arzulayıb”, – məlumatda qeyd edilib.



