AZERFAX TV

Ərdoğandan Bişkek dönüşü kritik açıqlama: Putinlə bunu müzakirə etdik

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan F-35 proqramı və S-400-lərlə bağlı son vəziyyəti açıqlayıb.

AZERFAX.AZ xəbər verir ki, Ərdoğan Qırğızıstan səfərindən qayıdarkən jurnalistlərin suallarını cavablandırıb.

O bildirib ki, Türkiyənin F-35 proqramına yenidən qoşulması ilə bağlı ABŞ-dakı proseslərin tamamlanmasını gözləyirlər. Ərdoğan məsələ ilə bağlı Rusiya prezidenti Vladimir Putinlə də görüşdə müzakirə apardığını qeyd edib.

Türkiyə lideri ölkəsinin F-35 məsələsində diplomatik səylərini davam etdirdiyini, eyni zamanda KAAN layihəsindən və milli hava hücumundan müdafiə sistemlərinin hazırlanmasından imtina etmədiyini vurğulayıb.

Ərdoğan Rusiya-Ukrayna müharibəsinə də toxunaraq, Putinlə görüşdə müharibənin gedişini müzakirə etdiklərini bildirib. Onun sözlərinə görə, Putin də müharibənin mümkün qədər tez başa çatmasını və bölgədə sülhün bərqərar olmasını istəyir.

Türkiyə lideri Ankaranın sülh prosesinə töhfə vermək üçün əlindən gələni etməyə hazır olduğunu deyib.

Akqabay

Related Articles

Bir cavab yazın

Back to top button