AZERFAX TV

Evli qadını qaçıran Şaiq Qənbərli indi də şantaja görə tutulub?

Goranboy Rayon İcra Hakimiyyətinin sabiq şöbə müdiri Şaiq Qənbərli cinayət məsuliyyətinə cəlb edilməsi barədə yayılan xəbərlərə reaksiya verib.

AZERFAX.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, sözügedən məsələ ilə bağlı açıqlama verən Ş.Qənbərli haqqında yazılanların tamamilə yalan və şər-böhtan xarakterli olduğunu bildirib.

Sabiq şöbə müdiri barəsində hər hansı bir hüquqi addımın atılmadığını vurğulayıb:

“Şəxsin hər hansı cinayət işi üzrə təqsirli bilinməsi və məsuliyyətə cəlb olunması yalnız məhkəmə qərarından sonra müəyyən olunur. Qeyd etmək istəyirəm ki, mənim barəmdə heç bir cinayət işi başlanılmayıb və təqsirləndirilən şəxs kimi heç bir cinayət işinə cəlb olunmamışam”.

Related Articles

Bir cavab yazın

Back to top button