AZERFAX TV

Federasiya Türkiyə millisinə “yox” deyən Ardadan əl çəkmir: Yeni təklif verdi

Türkiyə Futbol Federasiyası “Şaxtyor”un baş məşqçisi Arda Turana milli komandanın məşqçisi vəzifəsini təklif etsə də, o, imtina edib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.

Mənbənin məlumatına görə, Turan qərarını çətin bir dövrdə Ukrayna klubundan ayrılmaq istəməməsi ilə izah edib.

Məşqçi deyib: “Klub mənim getməyimi istəmir və münaqişə davam edərkən onları yarı yolda tərk edə bilmərəm”.

Buna cavab olaraq federasiya Turanın klub və milli komanda üçün işlərini birləşdirməsinə icazə verməyə hazır olduqlarını bildirib.

Turanın cavabı hələ açıqlanmayıb. Xatırladaq ki, Vinçentso Montella bu yaxınlarda Türkiyə millisinin baş məşqçisi vəzifəsindən istefa verib.

AZERFAX.AZ

Related Articles

Bir cavab yazın

Back to top button