AZERFAX TV

Fil sürüsü milyonçunun ov səfərinə SON QOYDU

Amerikalı iş adamı 75 yaşlı Ernie Dosio nadir bir antilop növünü ovlamaq üçün Qabondakı meşəyə girib və fil sürüsünün hücumu nəticəsində ölüb.

AZERFAX.AZ xəbər verir ki, Qabonun Lope-Okanda meşələrində baş verən hadisədə peşəkar bələdçisi ilə bölgəyə səyahət edən Dosio qəflətən beş fil sürüsünün hücumuna məruz qalıb.

Dosio fil sürüsü tərəfindən tapdalandıqdan sonra hadisə yerində ölüb, bələdçisi isə ağır xəsarətlərlə sağ qalıb.

Kaliforniyada yaşayan 75 yaşlı iş adamı Dosio uzun illərdir ki, dünyada “kubok ovu” kimi tanınan ovçuluqla məşğul olurdu.

Related Articles

Bir cavab yazın

Back to top button