AZERFAX TV

Florida sahillərində qeyri-adi zəlzələ – Ocağı tapılmır

Florida sahillərində, ehtimal ki, hərbi sınaqların səbəb olduğu qeyri-adi bir zəlzələ qeydə alınıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti ABŞ Geoloji Xidmətinin (USGS) məlumatlarına istinala yazıb.

Seysmoloqların məlumatına görə, zəlzələnin maqnitudası 3,9 olub. Təkanların ocağı 0 km dərinlikdə yerləşib ki, bu da aktivlik mənbəyinin yer səthinə çox yaxın olduğunu göstərir.

“Qeydə alınan yeraltı təkanlar təbii yolla baş verən zəlzələdən daha çox partlayışa bənzəyir”, – USGS-in nümayəndəsi bildirib.

Jurnalistlərin məlumatına görə, baş verənlərin ehtimal olunan səbəbi eksperimental partlayış ola bilər.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button