AZERFAX TV
Gimarayeş “Arsenal”da

“Arsenal” “Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimarayeşin transferini rəsmən açıqlayıb.
AZERFAX.AZ BBC-yə istinadən xəbər verir ki, London klubu 28 yaşlı futbolçunun keçidi üçün 87,5 milyon avro ödəyib.
Gimarayeş “Arsenal”la müddəti 4 il olan müqavilə imzalayıb. Razılaşmada müqavilənin müddətinin daha bir mövsüm uzadılması ilə bağlı bənd də yer alıb.
Braziliyalı futbolçu keçidi ilə bağlı bunları deyib:
“Bu, mənə görə çox ağır addımdır. Çünki “Nyukasl” mənim üçün çox böyük məna kəsb edir. Amma həyatımda yeni bir şey sınamaq istəyirdim. Özüm və ailəm üçün yeni çağırışa hazır olduğumu hiss edirəm”.
Gimarayeş 2025/26 mövsümündə “Nyukasl”ın heyətində 29 oyuna çıxıb və 9 qol vurub. O, həmin mövsüm komandanın ən məhsuldar futbolçusu olub.



