Dünya

Hörmüz sahillərində daha bir İran şəhəri VURULDU

ABŞ Silahlı Qüvvələri Hörmüz sahilində yerləşən İranın Sirik şəhərinə hücum edib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

“Press TV” telekanalı şəhərdə bir neçə partlayışın baş verdiyini bildirib.

Bu hadisə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) İslam Respublikasındakı hədəflərə qarşı yeni zərbələr dalğasının başladığı barədə bəyanatından sonra baş verib.

Bundan əvvəl İran, ABŞ hücumları davam edəcəyi təqdirdə hücuma keçəcəyi və “tam məhv etmə mərhələsi”nə başlayacağı ilə hədələmişdi. SEPAH-ın hərbi-kosmik qüvvələrinin komandanı Məcid Musəvi bildirib ki, ölkənin cənub sahillərinə və Hörmüz boğazına sakitlik qayıtmayana qədər düşmənə zərbələr endiriləcək.

Related Articles

Bir cavab yazın

Back to top button