AZERFAX TV
İran ABŞ gəmisini vurub: 8 dəniz piyadası yaralanıb

İranın Hörmüz boğazında ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmisinə raket zərbəsi endirməsi nəticəsində səkkiz ABŞ dəniz piyadası yaralanıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə NBC telekanalı ABŞ hökumət rəsmilərinə istinadən bildirib.
Hərbçilərin kəllə-beyin travması aldığı deyilir. Onlar baş ağrıları da daxil olmaqla, beyin silkələnməsi simptomları yaşayırlar. Hücum 14 sentyabrda baş verib.
İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK, elit hərbi birləşmə) sözçüsü Hüseyn Mohebinin əvvəllər bildirdiyi kimi, İran təcavüz halında bölgədəki əlavə ABŞ hədəflərinə yeni silahlarla hücum etməyə başlayacaq.
Mohebi dəyişikliklərin müharibənin coğrafiyasına, istifadə olunan silahlara və hərbi texnikaya təsir edəcəyini vurğulayıb.
Müəllif: Tural



