AZERFAX TV
İran gizli şəkildə Ermənistana bu silahı satıbmış

Ermənistan İrandan yeni “AD-08 Məcid” hava hücumundan müdafiə sistemləri alaraq, onların ilk məlum xarici operatoru olub.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Clash Report” Telegram kanalında məlumat verib.
Məlumata görə, sistemlər 25 mayda İrəvanda keçirilən hərbi paradın məşqi zamanı aşkar edilib. Jurnalistlər bildiriblər ki, “Ermənistan İranın “AD-08 Məcid” qısa mənzilli hava hücumundan müdafiə sisteminin ilk məlum xarici operatoru olub”
İrəvanın sistemləri 2024-cü ilin iyul ayında İran və Ermənistan arasında imzalanmış “gizli silah müqaviləsi”nin bir hissəsi olaraq əldə etdiyi bildirilir. Jurnalistlərin məlumatına görə, alınan silahların məbləği təxminən 500 milyon dollardır.
Müəllif: Tural



