AZERFAX TV
İslamı məğlub edəcəyəm, sonra da…

77 kq çəki dərəcəsində ikinci reytinqli UFC döyüşçüsü, braziliyalı Karlos Prates, hazırkı UFC çempionu İslam Mahaçevin növbəti rəqibi olacağına və 2026-cı ilin dekabrında keçiriləcək döyüşdə onu məğlub edə biləcəyinə əminliyini bildirib.
AZERFAX.AZ xəbər verir ki, “MMAsucka” Pratesdən sitat gətirib:
“Əvvəlcə İslamı məğlub edəcəyəm, kəməri alacam, sonra isə Moraleslə döyüşəcəyəm. Dekabrda? Xeyr, dekabrda İslamla döyüşəcəyəm, sonra isə apreldə Mayklla görüşəcəyəm”.
Avstraliyanın Pert şəhərində keçirilən “UFC Fight Night 275” turnirində keçirilən son döyüşündə Prates keçmiş UFC çempionu Cek Della Maddalena ilə qarşılaşdı. Karlos üçüncü raundda texniki nokautla qalib gəldi.



