AZERFAX TV
İsrail HƏMAS-ın yeni hərbi liderini məhv etdi

İsrail ordusu Qəzzada həyata keçirdiyi əməliyyat nəticəsində HƏMAS-ın silahlı qanadının yeni rəhbəri Məhəmməd Odəni zərərsizləşdirib.
Publik.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu məlumat verib.
Baş nazirin ofisindən verilən məlumata görə, Məhəmməd Odə 7 oktyabr hadisələri zamanı HƏMAS-ın kəşfiyyat bölməsinə rəhbərlik edib. O, təxminən bir həftə əvvəl İsrailin iki həftə öncəki zərbəsi nəticəsində məhv edilən İzzəddin əl-Həddadın yerinə təyin olunmuşdu.
İsrail rəsmiləri bildiriblər ki, Məhəmməd Odə çoxsaylı israilli mülki vətəndaşların və hərbçilərin öldürülməsi, yaralanması və oğurlanması hadisələrinə birbaşa cavabdehlik daşıyırdı.
Hüseyn İbadlı



