AZERFAX TV

İtaliyadakı zəlzələdə xəsarət alanların sayı artdı

İtaliyada baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 26-ya çatıb.

AZERFAX.AZ xəbər verir ki, bu haqda İtaliyanın Mülki Müdafiə Agentliyi məlumat yayıb.

Agentlik dəqiqləşdirib ki, xəsarət alanlardan 21 nəfəri liman şəhəri Pozzuolidə, digər 5 nəfəri isə Culyano-in-Kampaniyada olub.

Təxminən 300 sakin təxliyə edilib, bir neçə yaşayış binası isə dağılıb.

Qeyd edək ki, İtaliyanın Neapol şəhəri yaxınlığında son 40 ilin ən güclü zəlzələsi baş verib.

Related Articles

Bir cavab yazın

Back to top button