AZERFAX TV

Keçirilən qabiliyyət imtahanlarının statistikası açıqlandı

Bu il tam orta təhsil bazası üzrə qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçən abituriyentlərin ümumi sayı 2025-ci ildəki 2396 nəfərdən 2026-cı ildə 3332 nəfərə yüksəlib.

AZERFAX.AZ xəbər verir ki, bu Dövlət İmtahan Mərkəzinin yaydığı orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən qabiliyyət imtahanları haqqında statistik məlumatlarda əksini tapıb.

Müsbət qiymət alanların qeydiyyatdan keçənlərin sayına olan nisbəti (uğur faizi) 2025-ci ildə 34.52%, 2026-cı ildə 41.1% olub. Bu göstəricilər təsdiq edir ki, müraciət edən abituriyentlərin kəmiyyət artımı özünü keyfiyyət yüksəlişində də büruzə verib.

Burada müvafiq cədvəllərdə ixtisaslar üzrə qeydiyyatdan keçənlərin, imtahana gəlməyənlərin, qeyri-məqbul alanların, müsbət qiymət alanların sayı, həmçinin plan yerləri ilə tanış ola bilərsiniz.

Bu il ümumi orta təhsil bazasında qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçən abituriyentlərin ümumi sayı 2025-ci ildəki 2143 nəfərdən 2026-cı ildə 1954 nəfərə qədər azalıb (189 nəfər və ya 8.8% azalma). Müsbət qiymət alanların qeydiyyatdan keçənlərin sayına olan nisbəti (uğur faizi) 2025-ci ildə 53.9%, 2026-cı ildə isə 55.4% olub. Bu dinamika abituriyent sayının azalması fonunda keyfiyyət göstəricilərinin qismən artdığını nümayiş etdirir.

Burada müvafiq cədvəllərdə ixtisaslar üzrə qeydiyyatdan keçənlərin, imtahana gəlməyənlərin, qeyri-məqbul alanların, müsbət qiymət alanların sayı, həmçinin plan yerləri ilə tanış ola bilərsiniz.

Related Articles

Bir cavab yazın

Back to top button