Kim Çen İnin öldüyü iddia olunur: Çin Pxenyana 9 min hərbçi göndərdi?

Şimali Koreya lideri Kim Çen İnin öldüyü və ölüm xəbərinin ictimaiyyətdən gizlədildiyi iddia olunur.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Çin Demokratiya Partiyasının rəhbəri Vanqun Xie sosial şəbəkədə paylaşım edib.
O, Kim Çenin ölümü ilə bağlı iddiaların Şimali Koreyada hakimiyyətin varisliyi məsələsini gündəmə gətirə və ölkədə siyasi böhrana səbəb ola biləcəyini bildirib.
Xie həmçinin Çin Kommunist Partiyasının Kim Çenin qızı Kim Cuenin hakimiyyətini möhkəmləndirmək məqsədilə Pxenyana 9 min hərbçi göndərdiyini iddia edib.
Qeyd edək ki, Kim Cue Şimali Koreya liderinin mümkün varisi hesab olunur. Kim Çen İnin öldüyü və Çinin Pxenyana hərbçi göndərdiyi barədə məlumatlar isə rəsmi şəkildə təsdiqlənməyib.
***
Şimali Koreya lideri Kim Çen İnin beyin qanaması keçirərək komaya düşdüyü və müalicə üçün Çinə aparıldığı barədə iddialar yayılıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Britaniyanın “The Sun” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, Kim Çen İnın Pekindəki “Union Medical College Hospital”a aparıldığı iddia edilir. Lakin bu məlumatı təsdiqləyən rəsmi açıqlama yoxdur.
“The Sun” qeyd edir ki, Şimali Koreya lideri oktyabrın 11-də müdafiə muzeyinə baş çəkib. Bundan sonra onun ictimaiyyət qarşısında görünməməsi səhhəti ilə bağlı şayiələrin yayılmasına səbəb olub.
Şimali Koreya üzrə ekspert Benedikt Rocers isə Kim Çen İnin səhhəti barədə yayılan oxşar iddiaların əvvəllər də gündəmə gəldiyini xatırladıb. O, hazırda liderin vəziyyətini təsdiqləyən məlumatın olmadığını bildirib.



