AZERFAX TV

Kolumbiyada zəlzələ qurbanlarının sayı 234 nəfərə çatdı

Kolumbiyanın qərbində baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 234-ə çatıb.

AZERFAX.AZ xəbər verir ki, ən çox itki Kali və Pereyra şəhərlərində qeydə alınıb – müvafiq olaraq 95 və 90. Kibdoda on dörd, Manisalesdə isə altı nəfər ölüb.

Son məlumatlara görə, paytaxt departamentlərində yaralıların ümumi sayı 1 310 nəfər olub, 153 bina uçub.

Zərərçəkmiş ərazilərdə axtarış-xilasetmə əməliyyatları və ziyanın qiymətləndirilməsi işləri davam edir.

Related Articles

Bir cavab yazın

Back to top button