AZERFAX TV

Könül Xasıyeva tənqidlərə belə CAVAB VERDİ

Son günlər Azərbaycanın Xalq artisti Könül Xasıyeva ilə bağlı tənqidi fikirlər dolaşmaqdadır. Xalq artistini bəzən açıq-saçıq lətifələr, maraqlı və maraqlı olduğu qədər də qeyri-etik zarafatlar etməkdə qınayırlar.

Məsələn, bugünlərdə “Tik-tok” sosial platformasında paylaşılan videoda Könül Xasıyeva qeyd edir ki, mərhum Xalq artisti Arif Babayev gənc xanəndələrdən birinin ifasını dinləyir. Gənc xanəndə mahnının sözlərini yanlış – “Gəlmişəm otağına, oyadam səni, qaragiləm” əvəzinə “Gəlmişəm yatağına, oyadam səni, qaragiləm” ifa edir. A.Babayev onun ifasını yarımçıq dayandıraraq qeyd edir:

– Bala, birinci otağa gir, sonra yatağa girərsən”.

Bu cür lətifəyə çevrilmiş zarafatlar artıq sosial plaformalarda davamlı palyaşılır və bu üzdən Könül Xasıyeva ciddi tənqid atəşinə tutulur.

Bəs Xalq artisti bu tənqidlərə necə yanaşır?

AZERFAX.AZ xəbər verir ki, Könül Xasıyeva Bakıvaxtı.az-a açıqlamasında səsləndirilən qınaqlardan xəbərdar olduğunu deyib:

“Tənqidlərə cavab vermək istəmirəm. 60 yaşım var, danışdıqlarımı danışmışam”.

Related Articles

Bir cavab yazın

Back to top button