Lerikdə avtomobil dərəyə aşdı – Xəsarət alanlar var

Lerikdə yol-nəqliyyat qəzasında biri azyaşlı olmaqla 4 nəfər xəsarət alıb.
AZERFAX.AZ Teleqraf-a istinadən xəbər verir ki, hadisə Lənkəran-Lerik magistralında baş verib.
Astara rayon sakini, 1989-cu il təvəllüdlü Elnur İbrahim oğlu Qurbanlının idarə etdiyi “Opel” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq hündürlükdən dərəyə aşıb. Dərəyə aşan avtomobil ağaca çırpılaraq dayanıb.
Qəza nəticəsində sürücü, onun həyat yoldaşı 1995-ci il təvəllüdlü Aidə Mərhəmət qızı Qurbanlı, 5 yaşlı övladları N.Q. və 1989-cu il təvəllüdlü Rəvanə Baba qızı Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar ətrafdakıların köməyi ilə avtomobildən çıxarılıb.
İlkin ehtimala görə, qəzaya səbəb yağışlı hava şəraiti olub.
Faktla bağlı araşdırma aparılır.



