AZERFAX TV
Leyla Sarabiyə vəzifə verildi

“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-də yeni təyinat olub.
AZERFAX.AZ-ın əldə etdiyi məlumata görə, jurnalist Leyla Sarabi qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
O, yeni vəzifəsində qurumun media ilə əlaqələrinin və ictimaiyyətlə kommunikasiya işlərinin həyata keçirilməsinə rəhbərlik edəcək.
Leyla Sarabi təyinatını AZERFAX.AZ-a təsdiqləyib.



