AZERFAX TV

Madonna qızını belə təbrik etdi

Dünyaşöhrətli müğənni Madonna qızı Lourdes Leonun 30 yaşı münasibətilə sosial şəbəkədə duyğusal paylaşım edib. Sənətçi qızının dünyaya gəldiyi ilk günlərdən tutmuş moda jurnalları üçün peşəkar çəkilişlərinə qədər müxtəlif dövrləri əks etdirən arxiv fotolarını izləyiciləri ilə bölüşüb.

AZERFAX.AZ xəbər verir ki, oktyabrın 15-də 30 yaşını qeyd edən Lourdes Leonun doğum günü münasibətilə paylaşılan fotolar arasında Madonnanın körpə qızını qucağına aldığı ağ-qara kadrlar, eləcə də böyüdükdən sonra dəbli geyimlərdə çəkilmiş şəkilləri yer alıb.

Müğənni qızına ünvanladığı təbrikdə onun doğulmasının həyatını kökündən dəyişdirdiyini vurğulayıb.

“Sevimli, cəsur və bənzərsiz Lolam! 30 yaşın mübarək! Elə bil, indicə doğum evində səni ilk dəfə qucağıma almışdım. İndi isə qarşımda yetkin, güclü və müstəqil, dünyanı fəth edən bir insan dayanır”, – Madonna yazıb.

Sənətçi qızı ilə arasında qırılmaz bağ olduğunu hiss etdiyini və onları bir medalın iki üzü kimi gördüyünü bildirib. Madonnanın sözlərinə görə, övladının dünyaya gəlməsi onun həyatını tamamilə dəyişib və ona həqiqətən sevməyi öyrədib.

Müəllif: Adəm

Related Articles

Bir cavab yazın

Back to top button