AZERFAX TV

Messi ən yaxşı oyunçu olmalı idi

“Zenit”in və Rusiya millisinin keçmiş hücumçusu, hazırda Sankt-Peterburq klubunda idmanın inkişafı üzrə idarə heyətinin sədr müavini vəzifəsində çalışan Andrey Arşavin 2026-cı il dünya çempionatının ən yaxşı oyunçu seçimi ilə razılaşmayıb.

İspaniya milli komandası finalda Argentinanı 1-0 hesabı ilə məğlub edərək turnirin qalibi oldu. İspaniyalı Rodri turnirin ən yaxşı oyunçusu seçilib.

AZERFAX.AZ xəbər verir ki, Arşavin “Sport Ekspress” nəşrinə bildirib:

“Mənə görə Messi ən yaxşı oyunçu olmalı idi. Rodri fantastik idi və İspaniya üçün çox şey ifadə edirdi. Amma Messinin turnirdə oynadığı oyun… Əlbəttə ki, mənim üçün o, ən yaxşısıdır”.

Related Articles

Bir cavab yazın

Back to top button