AZERFAX TV

“Air Force One” qalmaqalı böyüyür

ABŞ prezidenti Donald Tramp Türkiyəyə səfər edən zaman Qətər tərəfindən bağışlanan Boeing 747-8 təyyarəsindən köhnə “Air Force One” təyyarəsinə keçmək məcburiyyətində qalıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “New York Times” qəzeti məlumat yayıb. Nəşr özünün mənbələrinə istinad edib.

Məqalədə qeyd edilib ki, əslində problem təyyarədə olmayıb: “ABŞ rəsmiləri İrana bağlı qüvvələrin hücum təhlükəsini qiymətləndirdikdən sonra Trampın təyyarəsini Türkiyə səfəri zamanı dəyişiblər”.

Trampın səfər təyyarəsini dəyişmək qərarı Böyük Britaniyanın şərqindəki “Mildenhall” aviabazasında yaranan uçuş fasiləsi zamanı verilib.

Xatırladaq ki, iyul ayında “The New York Times” (NYT) qəzetinin bir neçə jurnalisti Trampa hədiyyə edilən yeni təyyarənin təhlükəsizliyi barədə reportaj hazırladıqdan sonra məhkəməyə çağırış vərəqələri almışdı.

9 iyulda NYT “Boeing 747-8” təyyarəsinin əvvəlki təyyarələrlə müqayisədə təhlükəsizlik baxımından çatışmazlıqlara malik olduğunu bildirib. Xüsusilə, məqalədə raket əleyhinə texnologiya da daxil olmaqla bəzi müasir təhlükəsizlik sistemlərinin çatışmazlığı qeyd edilib. Məqalə dərc olunmazdan əvvəl redaksiya heyətinə, məlumatın milli təhlükəsizliklə bağlı olduğu üçün dərcini təxirə salmaq üçün yüksək vəzifəli FTB rəsmisindən müraciət daxil olub.

Qeyd edək ki, söhbət Qətər şahzadə ailəsi tərəfindən ABŞ-a hədiyyə edilmiş “Boeing 747-8” təyyarəsindən gedir. Onun dəyəri 400 milyon dollardır. Xarici KİV yazır ki, bu, ABŞ prezidentlərinin son 25 ildə aldıqları bütün hədiyyələrin ümumi dəyərindən 100 dəfə çoxdur.

Tramp ondan ilk dəfə 2 iyulda istifadə edib. O, Şimali Dakotaya səfəri zamanı yeni “Air Force One” adlandırılan təyyarədən yararlanmışdı. Ağ Ev rəhbəri burada Teodor Ruzvelt Prezident Kitabxanasının açılışını edib.

Tural Tağıyev

Related Articles

Bir cavab yazın

Back to top button