AZERFAX TV

Messi unikal nailiyyətə imza atdı

Argentina futbolçusu Lionel Messi dünya çempionatları tarixində 10 məhsuldar ötürmə edən ilk oyunçu olub.

AZERFAX.AZ xəbər verir ki, Messi turnirin 1/4 final mərhələsində İsveçrə ilə oyunda məhsuldar ötürməni öz hesabına yazdırıb. Görüş 3:1 hesabı ilə başa çatıb. Oyunun taleyi əlavə vaxtda həll olunub.

Matçın onuncu dəqiqəsində Aleksis Mak Allister hesabı açıb, 67-ci dəqiqədə Dan Ndoye hesabı bərabərləşdirib. Əlavə vaxtda Xulian Alvares topu qapıdan keçirib. O, 112-ci dəqiqədə fərqlənib. Matçın yekun hesabını 120-ci dəqiqədə qol vuran Lautaro Martines müəyyənləşdirib. Matçın 70-ci dəqiqəsində isveçrəli Bril Embolo ikinci sarı vərəqəyə görə meydandan qovulub.

Dünya çempionatı-2026-nın 1/8 finalı çərçivəsində Misir millisinə qarşı keçirilən oyunda hücumçu müdafiəçi Kristian Romeroya ötürmə edərək bir məhsuldar ötürməni öz hesabına yazdırıb. Bu ötürmə Messinin dünya çempionatlarında sayca doqquzuncusu olub ki, bu da turnir tarixində rekorddur.

ABŞ-nin Atlanta şəhərindəki “Mersedes-Bens Stedium”da baş tutan görüş 3:2 hesabı ilə başa çatıb. Matçda hesabı 15-ci dəqiqədə Yasser İbrahim açıb. Misirin ikinci qolunu Mostafa Ziko vurub. 79-cu dəqiqədə Kristian Romero Argentina üçün bir topun əvəzini çıxıb. 83-cü dəqiqədə Lionel Messi hesabı bərabərləşdirib. Argentina üçün qələbə qolunu 90+2-ci dəqiqədə Enso Fernandes vurub.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button