AZERFAX TV
Modriç “Milan”la “Real”ı müqayisə etdi

“Milan”ın yarımmüdafiəçisi Luka Modriç İtaliya klubunu “Real Madrid”lə müqayisə edib.
AZERFAX.AZ xəbər verir ki, “Cadena SER” Modriçin sözlərini sitat gətirib:
“Mənə elə gəlir ki, “Milan” dünyanın ən böyük klubu olan “Real”la eyni səviyyədədir. “Milan”a gələndə bunun səbəbini başa düşürsən. Bu, dünyanın ən vacib klublarından biridir və orada çalışan insanlar – azarkeşlər onu möhtəşəm edir. “Milan”ın niyə bu qədər böyük olduğunu başa düşürəm”.
Modriç 2025-ci ilin yayında “Milan”a keçib. Bu müddət ərzində o, bütün yarışlarda 37 oyun keçirib, iki qol vurub və üç məhsuldar ötürmə edib. İyulun 23-də İtaliya klubu 40 yaşlı mütəxəssislə müqavilənin bir illik uzadıldığını elan edib. Modriç 2012-ci ildən 2025-ci ilə qədər “Real Madrid”də oynayıb.



