AZERFAX TV

Moskvada sarı xəbərdarlıq verildi

Mayın 31-də Rusiyanın paytaxtı Moskva şəhərində və ətraf ərazilərdə sarı hava xəbərdarlığı qüvvədə olacaq.

AZERFAX.AZ xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, bazar günü paytaxt bölgəsində qısamüddətli yağış yağacağı, bəzi yerlərdə ildırım çaxacağı proqnozlaşdırılır.

Rusiya Hidrometeorologiya Mərkəzinin məlumatına əsasən, gözlənilən hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq Moskva vaxtı ilə saat 9:00-dan 21:00-dək qüvvədə olacaq.

Related Articles

Bir cavab yazın

Back to top button