AZERFAX TV

Nərimanovda çoxmərtəbəli binanın zirzəmisi alışdı

Bakı şəhəri, Nərimanov rayonu, Ədhəm Orucəliyev küçəsində çoxmərtəbəli yaşayış binasının zirzəmisində elektrik sayğacları quraşdırılan hissədə yanğın baş verib.

Bu barədə AZERFAX.AZ-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 10kv.m. olan elektrik otağında 93 ədəd sayğac və ayırıcı, 2 ədəd elektrik tənzimləyicisi yanıb.

Yaşayış binası və mənzillər yanğından mühafizə olunub.

xxx

23:48

Paytaxtın Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın baş verib.

Bu barədə AZERFAX.AZ-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildiriblər.

Qeyd olunub ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Ədhəm Orucəliyev küçəsində çoxmərtəbəli yaşayış binasının zirzəmisində elektrik sayğacları quraşdırılan hissədə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.

Related Articles

Bir cavab yazın

Back to top button